31 Oktyabr

Elman Rüstəmov kriptavalyutası olanlara xəbərdarlıq edib

“Kriptovalyutaya pul qoymaq riskli əməliyyatdır və əhalini bu növ valyutalarla bağlı diqqətli olmağa çağırıram”. Fins.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Kriptovalyutaların məzənnəsində volatillik davam edəcək. Bu məsələ tənzimlənmir. Üstəlik, kriptovalyutalara cavabdeh qurum da yoxdur”, - deyə o, qeyd edib.

Bundan başqa, tənzimləyici qurumun rəhbəri əlavə edib ki, Azərbaycanda blokçeyn texnologiyası da inkişaf etdiriləcək: “Bu, imkan verəcək ki, hər banka gedəndə hesab açmaq üçün ayrıca sənəd təqdim etməyə ehtiyac olmasın. Bütün məlumatlar vahid məlumat bazasında toplanılacaq və bütün bankların müştərilər barədə məlumatlara çıxış imkanı olacaq”, - deyə E.Rüstəmov əlavə edib.