31 Oktyabr

Elman Rüstəmov: "İnflyasiyanın kəskin azalması valyuta bazarındakı tarazıqla bağlıdır"

Azərbaycanda illik bahalaşmanın kəskin azalaraq yanvar ayında 5,5%-ə düşməsi ölkəninn valyuta bazarında tarazığın yaranması, milli valyutaya etibarın artması, idxalçı və istehsalçıların bununla bağlı gözləntilərinin özünü doğrultması ilə bağlıdır. Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu bugünkü mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun sərt konservativ pul siyasəti də qiymət artımının cilovlanmasında rol oynayıb.

“2 illik fasilədən sonra ölkədə iqtisadi artım da baş verib və bu, daha çox qeyri-neft sektorunun hesabına olub”, - deyə E.Rüstəmov qeyd edib.