31 Oktyabr

Azər Mövsümovu təbrik edirik - AG Bank

Mövsümov Azər Fazil oğlunu təbrik edirik. 12 Fevral 1970-ci ildə Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Mühasibat uçotu” fakültəsini bitirib. İqtisadçıdır. 1988-ci ildə SSRİ Sənaye-tikinti bankının Nərimanov şöbəsində iqtisadçı işləyib, 1990-cı ildə baş mühasib vəzifəsinə təyin olunub. 1992-ci ildə Azərbaycan Beynəlxalq Bankında mühasib və uçot və statistika üzrə aparıcı mütəxəssis vəzifələrində işləyib. 1992-ci ildə “Azəriqazbank” ASC-də baş mühasib işləməyə başlayıb və 1995-ci ildə “Azəriqazbank” ASC-nin İdarə heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. 1997-ci ildə isə İdarə heyətinin sədri olub. Hazırda AG Bankın müşahidə şurasının üzvüdür. Evlidir, 2 qızı, bir oğlu var.

Müəllif: Xeybər Heydərov