31 Oktyabr

Palata banklarla bağlı diaqnostikanın – NƏTİCƏLƏRİNİ AÇIQLADI

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) görüş keçirilmişdir.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının, bankların və xidmət mərkəzlərinin, habelə beynəlxalq kart təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə 2017-ci ilin dekabr ayında aparılmış diaqnostikanın, bank sistemində elektron bankçılıq xidmətləri, bank hesabları üzrə əməliyyatlar, ödəniş kartı infrastrukturu, elektron formada təqdim edilən xidmətlər və digər sahələr üzrə aparılan qiymətləndirmə nəticələri açıqlanmışdır. Rəqəmsal bankçılıq sahəsində cari vəziyyətin müzakirə olunduğu tədbirdə, eyni zamanda bank xidmətlərində rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində aparılacaq islahatlar və qarşıda duran perspektivlərə dair təkliflər müzakirə edilmişdir.

Qeyd edilmişdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla fərdi qaydada görüşlərin keçirilməsinə və rəqəmsallaşma sahəsində aparılacaq islahatların birgə müəyyən edilməsinə artıq başlanılmışdır.