31 Oktyabr

Bu bank yalnız bölgələrdə istehlak krediti verir

Ölkəmizdə fəaliyyət göstərən 30 bankdan biri də Xalq Bankdır. Fins.az-ın bankdan əldə etdiyi məlumata görə bank istehlak kreditlərini yalnız bölgə filiallarında təklif edir. Daha dəqiq desək paytaxt sakinlərinə bank tərəfindən istehlak krediti təklif olunmur. Məlumat üçün bildirək ki, bölgələrdə təklif olunan istehlak kreditləri müştərinin əmək haqqının 2-3 misli qədəri məbləğində verilir. İstehlak kreditinin illik faiz dərəcəsi isə 20-28% arasında dəyişir.

Bank tərəfindən paytaxt sakinlərinə yalnız ipoteka,sahibkar, biznes, əmanət görə və avtomobil kreditləri təklif olunur.

Müəllif:Xeybər Heydərov