31 Oktyabr

Elektron arayış nə üçündür?

Hazırda ölkədə fəaliyyət göstərən bankların bir neçəsi kredit üçün müraciət edən müştərilərinə ənənəvi kağız sənədlər əvəzinə elektron arayış da qəbul edir. Belə ki, bankdan kredit əldə etmək üçün işdən arayış olmadan da müraciət etmək olar. Bəs elektron arayışın nə kimi üstünlükləri var? Bu barədə Fins.az-a müsahibə verən bank eksperti Yaşar Soltanov elektron arayışın bir çox üstünlüklərinin olduqlarını bildirdi. Ekspert əvvəllər banklara kredit üçün müraciət edənlərdən iş yerindən arayış və ya bankdan çıxarış istədiklərini bildirdi. Bu zaman həmin həmin şəxs ya müdiri gözləyir ya da mühasibdən arayış almaq üçün günlərlə vaxt itirdiklərini qeyd etdi. Lakin elektron arayış əldə etmək çox asandır. Bunun üçün şəxs elektron hökumət portalına daxil olaraq qeydiyyatda keçir pin kod əldə edir və elektron hökumət portalında özünün şəxsi kabinetini yaradır. Qeydiyyatdan keçən şəxsin bütün məlumatları şəxsi kabinetdə qeyd olunur.

Ekspertin sözlərinə görə elektron arayış bankların da işinə yarıyır. Belə ki, bu zaman bank işçisi müraciət edən şəxs haqqında məlumatları daha dəqiq və daha tez əldə etmiş olur.

Elektron arayış alarkən yalnış məlumat yazmaq olar?

Ekspert Yaşar Soltanov bunun mümkün olmadığını bildirdi. Belə ki, ekspertin sözlərinə görə məlumatlar şəxsiyyət vəsiqəsi ilə edildiyindən burada hər hansı bir səhv məlumatın yer alması qeyri-mümkündür. Bu zaman belə bir sual ortaya çıxır o zaman qeyri rəsmi çalışan şəxslər necə kredit əldə edə bilərlər. Ekspert bu zaman yalnız keçmiş qaydalar çərçivəsində banka müraciətin edilməsinin mümkün olduğunu bildirdi.

Müəllif: Xeybər Heydərov