31 Oktyabr

Dünya Bankı: Azərbaycanda bu il iqtisadi artım 0,9% olacaq

2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi geriləmənin qeydə alınacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı “Global Economic Prospects” adlı hesabatda qeyd edilir.

Məlumata görə, bu il Azərbaycanda real ÜDM-in 0,9%, 2019-cu ildə 1,5%, 2020-ci ildə isə 2,6% artacağı gözlənilir.

Bankın ötən ilin iyununda verdiyi əvvəlki proqnozlarda isə 2017-ci ildə ÜDM-in 0%, bu il 0,3%, 2019-cu ildə isə 0,2% artacağı deyilirdi.

© Report