31 Oktyabr

VTB qrup banklarını birləşdirdi

VTB Bank Avropada yerləşən bankları birləşdirərək vahid lisenziya altında fəaliyyət göstərəcək. Fins.az xəbər verir ki, bu barədə bankın qərb nümayəndəliyi məlumat yayıb. Belə ki, Avropada fəaliyyət göstərən VTB Bank (Austria) AG, VTB Bank (Deutschland) AG və VTB Bank (France) birləşərək VTB Bank (Europe) adı altında fəaliyyətə başlayıb. Bankın Avropa üzrə baş ofisi Almaniyanın Frankfurt –na-Mayne şəhərində yerləşir. Həmçinin bankın Vyanada yerləşən müxtəlif online platformaları, Almaniyada yerləşən VTB Direktbank və Parisdə yerləşən ofisi bağlanıb.

Mərkəzləşmə bankın məhsul portfelini bütün Avropa müştəriləri üçün açıq edir. Məlumatda qeyd olunur ki, bankın Avropa üzrə mərkəzləşdirilmiş sistemə keçməsi VTB qrupa hər il 40 milyon avro qanaət etməyə imkan verir. Qeyd edək ki, bu məbləğ ümumi xərclərin 40% təşkil edir.

Müəllif: Xeybər Heydərov