Azərbaycanda ipoteka krediti ilə alınan evlərin cəmi 8,4%-ni həyət evləri təşkil edir. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fonduna istinadən xəbər verir. Məlumata görə, ipoteka predmeti olan evlərin 91,6%-i bina evləridir.
Fond ipoteka kreditləşməsinə düşən evlərin sahəsi üzrə pay bölgüsünü də açıqlayıb. Məlum olub ki, evlərin 8,3%-nin ölçüsü 40 m2-dən azdır. Ölçüsü 40-60 m2 olan evlər 41,6%, 60-80 m2 olan evlər 30,7%, 80-100 m2 olan evlər 11%, 100-120 m2 olan evlər 3,9%, 120 m2-dən çox ola evlər isə 4,5%-dir.