“Gəncəbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb. Fonddan fins.az-a verilən məlumata görə,Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 saylı qərarı ilə “Gəncəbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 25 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Gəncəbank” ASC 25 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
Bununla da Fonda üzv bankların sayı 41 olub.