30 Oktyabr

“Azərbaycan Sənaye Bankı”nın vəziyyəti AÇIQLANDI

2015-ci ilin yekununa görə, “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri cəmi aktivləri 690,4 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, 2014-cü illə müqayisədə 64,5% çoxdur. İl ərzində bankın cəmi öhdəlikləri 76,8% artaraq 612,15 milyon manata, cəmi kapitalı isə 6,5% artaraq 78,25 milyon manata çatıb.

Depozit portfelini 2 dəfə artırıb

İlin yekununa görə, ASB-nin kredit portfeli 168,8 milyon manat olub. Bu da əvvəlki illə müqayisədə 0,9% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 18,2% artaraq 7,2 milyon manat olub. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 3,7%-dən 4,3%-ə yüksəlib. Bankın depozit portfeli isə 95,2% artaraq 425,7 milyon manat təşkil edib.

Mənfəəti yarıbayarı azalıb

Hesabat dövründə ASB-nin faiz gəlirləri 19,2% azalaraq 19,1 milyon manat, faiz xərcləri 14,6% azalaraq 5,9 milyon manat, qeyri-faiz gəlirləri 23,2% azalaraq 5,8 milyon manat, qeyri-faiz xərcləri isə 1,7% azalaraq 9,2 milyon manat olub. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 9,8 milyon manat təşkil edib. Bu isə 2014-cü ilə nisbətən 34,4% azdır.

Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehiyatın yaradılmasına 6,25 milyon manat, mənfəət vergisinin ödənilməsinə isə 1 milyon manat ayırıb. Beləliklə, ASB 2015-ci ili 2,55 milyon manat xalis mənfəətlə başa vurub. Amma 2014-cü illə müqayisədə bankın mənfəəti 56,2% azalıb.