Azərbaycan Mərkəzi Bankının bu gün təşkil etdiyi valyuta həracanda cəmi 40 milyon dollar satılıb. AMB-dən fins.az-a verilən məlumata görə, 25 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda 19 bank iştirak edib. Həmin banklar tərəfindən məcmu tələb 39 milyon 370 min ABŞ dolları təşkil edib. Həmin sifarişlər 100 faiz təmin olunub.