30 Oktyabr

“Gəncəbank”dan “bağlanma” xəbərinə münasibət

“Mərkəzi Bankın “Gəncəbank”ın bağlanması barədə qərarını normal qəbul edirik”. Bunu fins.az-a açıqlamasında “Gəncəbank”ın İdarə Heyətinin sədri Əlvan Məmmədov deyib.

Bank rəhbəri lisenziyasının bərpa edilməsi üçün məhkəməyə müraciət edib-etməyəcəkləri barədə suala belə cavab verib: “Bu məsələn, səhmdarlar, Müşahidə Şurası həll etməlidir. Onların hansı qərara gələcəkləri hələ ki, məlum deyil”.

Əlvan Məmmədov bankda əhalinin nə qədər əmanətinin olduğunu açıqlamasa da, bütün əmanətlərin 100% sığortalı olduğunu deyib: “Əmanətçilərin narahatlığına ehtiyac yoxdur. Bizdə əmanət cüzidir, amma hamısı sığortalıdır”.