Bakının bəzi yerlərində “AGBank”a məxsus bankomatlar “Dəmirbank”ın bankomatları ilə əvəz olunur. Fins.az əməkdaşlarının müşahidələri göstərir ki, bankomatların əvəzetmə prosesi paytaxtın Yasamal və Nəsimi rayonlarında qeydə alınıb. Mövcud vəziyyət isə “Dəmirbank”la “AGBank”ın tezliklə birləşəcəyi ilə bağlı yayılmış söz-söhbətin reallığa çevrilməsi ehtimalını gücləndirir.
Baxmayaraq ki, hər iki bank konsolidasiyaya dair danışıqlar apardığınıə qətiyyətlə rədd edir. “Dəmirbank”-dan fins.az-a bildirilib ki, hansısa bankın bankomatının yerində “Dəmirbank”ın bankomatının yerləşdirilməsi normal haldır və buna iki bankın birləşməsi prosesinin tərkib hissəsi kimi baxmaq lazım deyil.
“AGBank”ın İdarə Heyətinin sədri Azər Mövsümov isə bir qədər əvvəl fins.az-a bildirmişdi ki, rəhbərlik etdiyi bankın başqası ilə birləşməsi mümkündür, amma konkret olaraq hazırda heç bir bankla konsolidasiya barədə danışıqlar aparılmır.