Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasının (HŞ) sədri dəyişib. Fins.az xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan “AGBank”ın Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevi “Unibank”ın MŞ-nın sədri Eldar Qəribov əvəz edib. HŞ-nın sədr müavini isə “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynovdur. Şuranın tərkibinə həmçinin Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov, AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin daxili nəzarət şöbəsinin müdiri İsi Mustafayev, AMB-nin Hüquq departamentinin rəisi Rəna Məlikova, Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, eləcə də “Azərbaycan Beynəlxalq Bankı”nınb İdarə Heyətinin sədri Elmar Məmmədov daxildir.
Mənbə: “İnterfaks-Azərbaycan”