Honkonqun 12 aparıcı bankı "JETCO" bankomat şəbəkəsi ilə birgə р2р formatında mobil ödəniş sistemini buraxacaq.
Xidmət bankın müştərilərinə yalnız mobil telefonunun nömrəsindən istifadə etməklə vəsait köçürməyə imkan verəcək. "Bank of China" (Honkonq), "Bank of Communications", "the Bank of East Asia", "China Construction Bank" (Asiya), "Citibank", "Shanghai Commercial Bank", "Standard Chartered Bank", "China CITIC Bank International", "Dah Sing Bank", "DBS Bank", "OCBC Wing Hang Bank" və "Wing Lung Bank" layihədə iştirakı artıq təsdiqləyiblər.
"JETCO"nun baş icraçı direktoru Anqus Çoy deyib ki, "JETCO" bank tərəfdaşları üçün banklararası р2р platformasını təklif edə bilər. Vahid sistemin yaradılması investisiya xərclərini azaltmağa, eyni zamanda, "JETCO"nun mövcud infrastrukturunda qurulmuş texnologiyalardan istifadə etməyə imkan verəcək. Bu da bizim bank-tərəfdaşlara р2р xidmətini tez işə salmağa kömək edəcək. Xidmət rübün sonunda istehlakçılar üçün açıq olacaq. Gələcəkdə xidmətin onlayn-ödənişlərdə və pərakəndə satışda genişləndirilməsi planlaşdırılır.
Mənbə: "Azərtac"