30 Oktyabr

“Manatın məzənnəsi ədalətlidir” – İLHAM ƏLİYEV

“Neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik”. Fins.az xəbər verir ki, bunu rus mətbuatına müsahibəsində Prezident İlham Əliyev deyib. “Manatın məzənnəsinə gəlincə, düşünürəm ki, biz artıq əlimizdən gələni etdik. Bundan artığını gələcəkdə hökumət etməyəcək. Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkəcək. Hazırkı manatın məzənnəsi ədalətlidir və öz yerini tapıb”, - deyə dövlət başçısı qeyd edib.

Mənbə: APA