Bir qədər əvvəl “Kapital Bank”ın baş ofisində bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Fins.az-ın məlumatına görə, iclasda bankın Müşahidə Şurasının (MŞ) üzvü (həm də Transformasiya Komitəsinin üzvü) Cavid Quliyevin işdən azad olunmaq barədə ərizəsinə baxılıb və o, MŞ-nın tərkibindən kənarlaşdırılıb. Amma onun yerinə təyinat olmayıb.
"Kapital Bank"dan isə fins.az-a bildirilib ki, Cavid Quliyev bankdankənar başqa vəzifəyə təyin edildiyi üçün işdən çıxıb.
Cavid Quliyevin "PAŞA Bank"da İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri təyin edildiyi bildirilir.
Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,86%-i “PAŞA Holdinq”ə məxsusdur. Bankın MŞ-na Cəlal Qasımov rəhbərlik edir.