30 Oktyabr

Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan”ı siyahısından sildi

Azərbaycan Mərkəzi Bankının ötən gün lisenziyasını ləğv etdiyi “Bank of Azerbaijan” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb. Fonddan fins.az-a verilən məlumata görə, həmçinin banka verilmiş şəhadətnamə ləğv edilib. Bu qərar “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq qəbul olunub.