“Unibank” 900 əməkdaşını ixtisar etməsi barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib. Kredit təşkilatından fins.az-a verilən açıqlamada bu xəbərin şaiyə olduğu deyilib. Xatırladaq ki, yayılan məlumatlarda bankın işçilərini yanvarın 15-dən işdən azad etdiyi qeyd olunur.