“Bank of Azerbaijan” mətbuatda müflis olması ilə bağlı yayılmış məlumata münasibət bildirib. Bankın Müşahidə Şurasının üzvü Səməd Cəfərov fins.az-a bildirib ki, yayılmış məlumatın heç bir əsası yoxdur: “Biz hələ ki, müflis olmamışıq. Bu baş versəydi, Mərkəzi Bank açıqlama yayardı”.
Bununla belə, Səməd Cəfərov hazırda bankda vəziyyətin necə olması, qurumun fəaliyyətini nə vaxt bərpa edəcəyinə aydınlıq gətirməyib. Xatırladaq ki, bir qədər əvvəl bankdan fins.az-a verilən açıqlamada bildirilmişdi ki, “Bank of Azerbaijan” yanvarın sonunda yenidən bazara qayıdacaq.