Bu gün Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilİB. Dövlət Neft Fondundan fins.az-a verilən məlumata görə, Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsait 35 banka satılıb.
Fonddan bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.