30 Oktyabr

Azərbaycanda 48 bank fırıldaqçısı tutulub

“Keçən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanaraq məhkəmələrə göndərilən 206 cinayət işinin çoxu bank sektoru ilə bağlı olub”

Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun 2015-ci il ərzində gördüyü işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə bank sektoru ilə bağlı 29 cinayət işi üzrə 48 şəxs məsuliyətə cəlb olunub.