30 Oktyabr

“Sberbank” neftin qiymətinin 25 dollar olmasına hazırlaşır

Rusiyanın ən böyük bankı “Sberbank” (“Сбербанк”) neftin barrel qiymətinin 25 dollaradək ucuzlaşacağı təqdirdə ciddi problemlərin yaşanacağı qənaətindədir. Fins.az xəbər verir ki, “Sberbank”ın rəhbəri German Gref bankın neftin barrel qiymətinin 25 dollara düşmə ssenarisini testdən keçirməyə başladığını bildirib. G.Gref deyib: “Əgər neftin barrel qiyməti 25 dollaradək ucuzlaşarsa və 6 ay həmin səviyyələrdə qalarsa bu vəziyyət ciddi problemlər yaradacaq”.

Mənbə: "AzərTAc"