Bakıdakı bütün valyuta-dəyişmə məntəqələri artıq fəaliyyətini dayandırıb. Bu, fins.az əməkdaşlarının paytaxtda apardığı müşahidələr nəticəsində məlum olub. Bağlanan həm fərdi qaydada fəaliyyət göstərən “exchange”lər, həm də banklara məxsus olanlardır. Son nəticədə Bakıda dollar və avro qıtlığı yaranıb. Bankların filial və şöbələrində isə valyuta satmırlar.