30 Oktyabr

Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanacaq

Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanacaq. Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin mart-aprel aylarınadək banklardan və onların filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar verəcəyi gözlənilir. Bu barədə ölkənin bank bazarındakı mənbədən bildirilib. Belə ki, bu qərardan sonra valyutanı yalnız bankların mərkəzi ofislərində və filiallarında dəyişdirmək mümkün olacaq