30 Oktyabr

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti “Müsadirə və cinayət yolu ilə əldə edilmiş əmlakın bərpasına dair ən yaxşı təcrübə” sənədi hazırlayıb. Qurumdan fins.az-a verilən məlumata görə, məqsəd cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mili mübarizə sisteminin effektivliyinin yüksəldilməsidir. Bu sənəddə əksini tapmış qətimkan tədbirləri və müsadirə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşidirilməsinə qarşı effektiv mübarizə sisteminin vacib elementlərindəndir.

Metodoloji sənəddə cinayət yolu ilə əldə edilmiş əmlakın izlənilməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi, sübutetmə yükü, müsadirə edilmiş əmlakın idarə edilməsi və beynəlxalq əməkdaşlıq ilə bağlı digər dövlətlərdə mövcud olan ən yaxşı təcrübə və bu sahədə beynəlxalq standartlar izah olunur.

Sənədlər buradan tanış ola bilərsiniz.