Yaxın vaxtlarda Azərbaycanın da təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) prezidenti seçiləcək. Fins.az xəbər verir ki, bu məsələ yanvarın 16-18-də Çinin paytaxtı Pekində keçiriləcək AİİB-in İdarə Heyətinin və Direktorlar Şurasının iclasında öz həllini tapacaq. Tərəflər bankın gələcək fəaliyyətini də müzakirə edəcəklər. Çini Maliyyə Nazirliyindən bildirilib ki, banka üzv dövlətlər hər il iyun ayında görüş keçirməyi planlaşdırır.