Azərbaycan banklarından biri manatın təkrar devalvasiyası ilə əlaqədar ABŞ dollarında verdiyi kreditləri restrukturizasiya etməyə başlayıb. Fins.az-ın məlumatına görə, söhbət "Atrabank"dan gedir. Qurum bəyan edir ki, borcalanlar tərəfindən kredit ödənişlərinin gecikdirilməsi hallarının qarşısını almaq məqsədilə kreditlərin ödəniş müddəti və faizləri dəyişdirilir. Müştərilər, kreditlərin restrukturizasiyasının şərtlərinin razılaşdırılması, kredit və girov müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə bankın baş ofisinə və filiallarına müraciət edə bilərlər.