Bakıda dekabrın 28-dən başlayan dollar qıtlığı və bu məsələ ətrafındakı ajiotaj davam edir. Azərbaycan Mərkəzi Bankının elan etdiyi «təmkinli» məzənnə də dollar ajiotağını dayandırmayıb. Bu proseslərin fonunda bəzi banklar ya valyuta satışını dayandırıb, ya da, dolları kəskin şəkildə bahaşdırıblar. Belə banklardan biri - «AG bank» dolları 1,7 manatdan satır. Avro isə bu bankda 1,78-ə satılır.
Bununla yanaşı, qeyd edək ki, bəzi banklar dollar satışını ümumiyyətlə dayandırıblar.