“Bakı Sığorta” şirkəti yeni kampaniyaya başlayıb. Bu barədə fins.az-a şirkətin satış departamentinin rəhbəri İlqar Əliyev bildirib. Onun sözlərinə görə, hər həftə bir avtomobil markası üzrə kasko sığorta 15 % endrimlə satılır. Kampaniya bu həftə, yəni bu gündən yanvar ayının 2-nə kimi “Mercedes” avtomobillərinə aid edilib.
Belə ki, istehsal tarixi 1992-ci ildən başlayan “Mercedes” avtomobillərini “Bakı Sığorta”da kasko sığortalamaq istəyənlər bu həftə müraciət etsələr, bunu 15 % endirimlə əldə edə biləcəklər. Məsələn, 15 min manatlıq 2005-ci il model “Mercedes E Class” avtomobilinin kasko sığortası adi qaydada 450 manat təşkil edir. Amma endirimlə bu avtomobili 382 manata da, sığortalamaq olar. Departament rəhbərinin sözlərinə görə, endirim qiymətindən aslı olmayaraq bütün “Mercedes” avtomobillərinə aiddir. Eyni misalı 250 min manatlıq avtomobil üçün də sadalamaq olar.
Məsələn, bu qiymətdə “Mercedes”i bir illik kasko sığoralamaq 8500 manata başa gəlir. Bu həftə müraciət edənlər bunu 1225 manat endirimlə 7 225 manata əldə edə bilərlər. İ.Əliyev bildirib ki, kampaniya çərçivəsində növbəti həftələrdə digər markalar üzrə endirim təklif ediləcək. Ucuz kasko satışı fevral ayının sonuna kimi davam edəcək.