30 Oktyabr

“Bank VTB Azərbaycan”dan dollar kreditləri ilə bağlı yeni təklif

“Bank VTB Azərbaycan” dollarda krediti olan müştəriləri üçün kreditlərin restrukturizasiyası üzrə yeni təkliflər paketi təqdim edəcək. Fins.az-ın “Trend”ə istinadən məlumatına görə, bunu bankın İdarə Heyətinin üzvü və Pərakəndə biznesin inkişafı departamentinin durektoru Tural Vəliyev deyib.

Onun sözlərinə görə, təkliflər paketi artıq hazırdır: “Biz baş ofislə razılaşdırmanı gözləyirik və çox güman ki, yanvardan müştərilərə restrukturizasiyanın yeni şərtləri təqdim ediləcək”.