30 Oktyabr

“Exchange”lərdə son vəziyyət

Fins.az-ın əməkdaşları Bakıda xarici valyutanın əsas alqı-satqı yeri olan 28 may küçəsindəki valyuta-dəyişmə məntəqələrində müşahidələr aparıb. Müşahidələr nəticəsində məlum olub ki, ötən həftə ilə müqayisədə dolların alqı-satqı qiymətində artım var. Hazırda “exchange”lər dolları 1,58-1.585 manatdan alaraq 1,598-1,6 manata satır. Məntəqələrin qarşısında izdiham var. İnsanlar daha çox əlindəki milli valyutanı dollara dəyişmək istəyirlər.