30 Oktyabr

Naxçıvan Mərkəzi Bankı köhnə məzənnə məsələsinə aydınlıq gətirdi

Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR idarəsi dollar kreditlərinin 1,05 manat məzənnəsi ilə ödənilməsinə dair açıqlama verib. Fins.az Strateq.az-a istinadən xəbər verir ki, idarənin rəisi Səbuhi Məmmədov bildirib ki, “Naxçıvanbank”ın Müşahidə Şurasının bankın səhmdarları ilə razılaşdırılmış 25 dekabr 2015-ci il tarixli qərarına əsasən, dekabrın 21-nə qədər banka ABŞ dolları ilə borcu olan hüquqi və fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 manat məzənnəsinə uyğun olaraq aparılacaq: "Bankın xarici valyutada kredit portfeli 1 milyon ABŞ dollarına qədərdir və 370 nəfəri əhatə edir. Yaranmış zərər “Naxçıvanbank” ASC tərəfindən qarşılanacaqdır".