Almaniynın qlobal investisiya bankı Döyçe Bank (Deutsche Bank), ABŞ Dollarının Avro qarşısında güclənəcəyini gözləyir.
Fins.az "Marja"-ya istimadən xəbər verir ki, Döyçe Bank, 2016-ci ildə ABŞ Dollarının Avro qarşısında güclənməsini və Avro/dollar məzənnəsinin 2016-cı ilin sonunda 1,0-dən aşağı, 0,95 dollar səviyyəsinə enməsini gözlədiyini bildirib. Bu dolların daha 13% bahalaşması demək olar. Hazırda Avro/dollar məzənnəsi 1.09 səviyyəsindədir.
Deutche Bank bu proqnozuna səbəb olaraq, Fedin cari proqnozlardan daha sürətli şəkildə faiz artırıcağına görə, dollara daha çox investorun yönələcəyini göstərib. Bununla yanaşı Bank, Avropa Mərkəzi Bankının (ECB) pul siyasətini yumuşaltması istiqamətində daha çox addım atması ehtimalı olduğuna da işarə edib.
Qeyd edək ki, Dekabrın 21-dən Azərbaycanın pul vahidi Manat da "üzür". Dolların Avro qarşısında bahalaşması, Manat qarşısında da bahalaşması ilə nəticələnə bilər.