“Bank VTB Azərbaycan” ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınsa da, bu qərar kart əməliyyatları zamanı məhdudiyyətə səbəb olmayacaq. Bankdan fins.az-a verilən məlumata görə, bununla bağlı “Visa” şirkətinə müraciət olunub. Şirkətdən bildirilib ki, heç bir ölkədə, o cümlədən Rusiya və xarici dövlətlərdə VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq: “ABŞ Xəzinədarlıq Departamentinin 22 dekabr 2015-ci ildə məlumat verdiyi sektorial sanksiyaların “Visa” kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur”.