30 Oktyabr

Daha bir bankdan məzənnə güzəşti

“Dəmirbank” müştərilərinin dekabrın 19-da və 20-də etdikləri ödənişə görə üzləşdiyi məzənnə itkilərini öz üzərinə götürüb. Bankdan fins.az-a verilən məlumata görə, həmin tarixlərdəki ödənişlər dolların köhnə məzənnəsi ilə hesablanacaq. Həmçinin, məzənnə dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkiləri qarşılamaq məqsədilə, dəyişiklik elan olunanadək xarici valyutada əməliyyat həyata keçirmiş müştəri hesablarından məbləğ silinərkən devalvasiyadan əvvəlki məzənnənin əsas götürülməsinə qərar verib. Güzəştlər həm kredit, həm də debit kartlarına şamil olunur.