30 Oktyabr

İpoteka Fondunun agent bankları 17 min 908 ipoteka krediti verib

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 908 ipoteka krediti verib.

Fins.az-ın "Azərtac"-a istinadən məlumatına görə, AİF-dən bildiriblər ki, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 726 milyon 766 min 770 manatdan çoxdur.

AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.