“Expressbank” adi iş rejimində müştərilərə xidmət göstərməkdə davam edir. Bankdan fins.az-a verilən məlumata görə, müştərilər “Expressbank” filiallarına müraciət etməklə, müxtəlif bank xidmətlərindən yararlana bilərlər. Söhbət hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, bank kartları, təcili pul köçürmələri və s. xidmətlərdən gedir.