Azərbaycan hökuməti manatın üzən məzənnə rejiminə keçidini saxlamalı və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin reallaşdırılmasını sürətləndirməlidir.
Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) ölkədəki missiya rəhbəri Məhəmməd əl-Qorçi deyib.
Onun sözlərinə görə, baş vermiş dəyişikliklərlə əlaqədar Azərbaycan əhalisini dəqiq və ardıcıl məlumatlandırmaq lazımdır.
M.Qorçi qeyd edib ki, BVF ümumilikdə Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarını alqışlayır.