Bakının mərkəzindəki valyuta-dəyişmə məntəqələri ABŞ dollarının alış və satış məzənnəsinə dəyişiklik edib. Fins.az xəbər verir ki, əgər səhər saatlarında “exchange”lər 1 dolları 1,52-1,53 manatdan alırdısa, hazırda alış qiyməti 1,55-1,56 manatdır. Satış qiyməti isə əksər məntəqələrdə 1,58 manatdan 1,57 manata endirilib. Başqa sözlə, səhər saatları ilə müqayisədə “exchange”lər indi valyuta alqı-satqısından daha az gəlir götürürlər.
Mənbə: “Report”