30 Oktyabr

Manatın məzənnəsinin gələcək aqibəti AÇIQLANDI

Mən bundan əvvəlki çıxışlarımda tövsiyyə etmişdim ki, yeni devalvasiya təhlükəsini hiss etmək üçün neftin qiyməti izlənilsin. Digər tərəfdən isə Milli Məclisdə 2016-cı ilin büdcə müzakirələri zamanı bildirmişdim ki, biz “üzən məzənnə”yə keçid imkanlarını öyrənirik. Fins.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov çıxış edib.

"Həddindən çox kənarlaşmaya imkan verilməyəcək"

Bununla belə, onun sözlərinə görə, “üzən məzənnə” rejiminə keçilsə də, bazarda manatın məzənnəsinin müəyyən edilmiş məzənnədən çox kənarlaşmasına imkan verilməyəcək: “Bu, bazarda çaşqınlıq yarada bilər. Odur ki, biz hərraclar vasitəsilə bazara müəyyən həcmdə valyuta təklif edəcəyik və bu gün də ilk hərracı keçirdik. Halbuki, indiyə qədər valyuta bazarının tələbatını tam ödəyirdik. Hesab edirik ki, manatın məzənnəsi daha çox banklararası alqı-satqı zamanı formalaşan qiymətdən asılı olacaq”.

"Üzən məzənnə" bizə nə verəcək?

Elman Rüstəmov onu da qeyd edib ki, “üzən məzənnə” rejiminə keçilməsi ticarət balansını tarazlaşdıracaq, ölkənin strateji valyuta ehtiyatlarının qorunub-saxlanmasını təmin edəcək, milli iqtisadiyyatın rəqabət qabiliyyətini artıracaq: “İdxalın həcmi əhəmiyyətli dərəcədə azalacaq, ixracatçılar isə daxili bazarda valyuta gəlirlərinə malik olacaqlar.