Bu ilin 1-ci yarısında “Azərbaycan Beynəlxalq Bankı”nda dövlətin payı kəskin artıb. Bu barədə fins.az bankın 6 ayın yekunlarına aid konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir. Hesabata əsasən, bankın əsas səhmdarı olan Maliyyə Nazirliyi payını 51,07%-dən 81,86%-ə çatdırıb. Bu isə bankın səhmdarlarının bir qisminin öz payından imtina etməsi ilə izah olunur. Xatırladaq ki, hazırda ABB-nin sağlamlaşdırılması istiqamətində işlər həyata keçirilir. Bu proses başa çatdıqdan sonra bank özəlləşdirməyə çıxarılacaq.