Azərbaycanda müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalar pozularaq aparılmasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaitinin 10%-dən 20%-dək məbləğdə, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimə ediləcək. Fins.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.
Hazırda isə qanun pozuntusuna görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 5-20%-i, hüquqi şəxslər isə 5-30%-i miqdarında cərimə edilir.
Bununla yanaşı, valyuta tənzimi haqqında qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30-60% miqdarında cərimə ediləcək. Hazırda isə qanun pozuntusuna görə valyuta vəsaiti məbləğinin 30-70% miqdarında cərimə edilir.