Azərbaycan Mərkəzi Bankı (AMB) 8-11 dekabr tarixlərində daxili valyuta bazarında 255 milyon dollarlıq satış edib. Fins.az-ın “Report”a istinadən məlumatına görə, bununla da, orta günlük satış 64,75 milyon dollat təşkil edib. Xatırladaq ki, AMB valyuta bazarında iştirakını Dövlət Neft Fondunun (ARDNF) valyuta satışını dayandırmasının ardınca, dekabrın 8-də bərpa edib.