30 Oktyabr

Beynəlxalq Bank Ağ Şəhərdə ipotekaya başlayır

Azərbaycan Beynəlxalq Bankı Bakı Ağ Şəhərdə tikilən binalardakı mənzillərin ipoteka ilə satılmasını maliyyələşdirməyə başlayıb.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, ipoteka 10% ilkin ödənişlə, 8% illik faiz dərəcəsilə 20 il müddətinə verilir.

Məsələn, PARK TOWER-in satış reklamında mənzillərin 20 il müddətinə ipoteka ilə satıldığı qeyd edilib.

Qeyd edək ki, Beynəlxalq Bank bundan əvvəl Yeni Həyat Şirkətlər Qrupnun və Kristal Abşeronun tikdiyi binalardakı mənzillərin 20 illik ipoteka ilə satışını maliyyələşdirməyə başlamışdı.