30 Oktyabr

"Zıraat Bank Azərbaycan"dan "məzənnə" açıqlaması

"Zıraat Bank Azərbaycan" mətbuatda bankın İdarə Heyətinin sədri Avni Dəmirçinin adından ölkədə dolların məzənnəsinin 2 manat ola biləcəyi ilə bağlı səslənən fikirlərə dair açıqlama yayıb.

Xatırladaq ki, dekabrın 11-də fins.az saytında Avni Dəmirçinin müsahibəsi yayımlanıb. Bəzi KİV-lər müsahibədə Azərbaycanda dolların məzənnəsi ilə bağlı deyilmiş fikirləri konteksdən çıxarıb və bankirin adından ölkədə kəskin devalvasiya ola biləcəyi kimi təqdim ediblər.

"Zıraat Bank Azərbaycan"dan fins.az-a daxil olan açıqlamada bildirilir ki, bu kimi məlumatların heç bir əsası yoxdur və onlar həqiqətə uyğun deyil: "152 illik tarixə malik olan "Ziraat Bank" fəaliyyətdə olduğu ölkələrin iqtisadiyyatına dair araşdırma və proqnozlarını kütləvi informasiya vasitələrində paylaşmamaq prinsiplərinə sahibdir. Təmsil etdiyimiz bank dünyanın 18 ölkəsində fəaliyyət göstərir və hər bir ölkədə biz yerli valyutaya güvənirik. Qardaş ölkə olan Azərbaycanın milli valyutasının və iqtisadiyyatının sabitliyinə güvənimiz hər zaman olduğu kimi yüksəkdir. Bu tərz yanlış və həqiqətə uyğun olmayan xəbərlərə qarşı hüquqlarımız qanunvericilik çərcivəsində qorunur. İctimaiyyətdən və müştərilərimizdən KİV-lərdə yayınlanan yanlış və həqiqətə uyğun olmayan xəbərlərə etibar edilməməsini xahiş edirik".