“Texnikabank”ın iqtisadi çətinliklərlə əlaqədar fəaliyyətini dayandırmış bəzi filialları işini bərpa edəcək. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, hazırda Gəncə şəhərindəki, eləcə də Xaçmaz rayonundakı filialların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Bundan başqa, bankın bölgələrdəki şöbələrinin (Tovuz, Ağstafa, Lənkəran) də yenidən işə başlaması nəzərdə tutulub.