“Texnikabank” (Bank Technique) Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsini məhkəməyə verib.
Fins.az-ın APA-ya istinadən məlumatına görə, bank hərəkətlərin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərarla razılaşmayan bank isə apellyasiya şikayəti verib.
Hazırda bankın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.