30 Oktyabr

Bu bank kredit ödənişlərinin qəbulunu dayandırıb

“Azər-Türk Bank”ın baş ofisində və filiallarında kredit ödənişlərinin qəbulu dayandırılıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, fasiləyə səbəb yeni ödəniş sisteminə keçilməsidir: “Müştərilərimizə daha sürətli xidmət göstərmək üçün proqram təminatı dəyişdirilir. Buna görə də, bu gün bankda ödəniş etmək mümkün deyil. Proses gələn həftənin bazar ertəsi günü bərpa olunacaq”.